“Əsas işimiz sabahkı oyuna köklənməkdir”.
Oxu.Az xəbər verir ki, bunu FKSB-nın (Rumıniya) futbolçusu Dava Coyskim Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
O, sabahkı matçda qələbəyə ümid etdiklərini bildirib:
“İkinci dəfədir Bakıya gəlirəm. İnanıram ki, sabah gözəl nəticəyə nail olacağıq. Əsas işimiz sabahkı oyuna köklənməkdir. “Qarabağ” yerli çempionatda liderdir. Hücumameyilli komandadır. Səfərdə oynadığımız üçün favorit “Qarabağ”dır”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FKSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Anar Həsənov