Braziliyanın “Flamenqo” komandasının baş məşqçisi Felipe Luis “Qarabağ”dan transfer etdikləri Olavio Juninyo haqqında danışarkən futbolçunun komanda üçün vacibliyini vurğulayıb.
Oxu.Az Uol.com-a istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis hücumçunun oyun modelinin tələb etdiyi xüsusiyyətlərə malik olduğunu bildirib:
“Juninyo bizə çox kömək edəcək. Heyətin səviyyəsini yüksəldəcək. O, ambisiyaları çox olan futbolçudur”.
Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.