Göyçay rayonunda beş tələbə qız zəhərlənib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndikləri ehtimal olunur.
Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.