Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı ballistik raketlə İsrailin Təl-Əvivdəki Müdafiə Nazirliyinin binasına hücum edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.
“Raket qüvvələri işğal altında olan Yaffa bölgəsində (Təl-Əviv – red.) İsrailin Müdafiə Nazirliyinə məxsus binaya Zülfüqar ballistik raketi ilə zərbələr endirib”, – Səriya bildirib.
Ordunun Mətbuat Xidməti qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi uğurla dəf edib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.