“Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı aidiyyəti qurumlar tərəfindən cinayət işi başlanıb”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qazaxıstan və Rusiyanın aidiyyəti qurumları, hüquq-mühafizə orqanları ilə bununla bağlı birgə araşdırmalar aparılır:
“Məlumatıma görə, bu faktla bağlı Rusiya, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Bu faktla bağlı üç ölkə özünə aid sübutları toplayır. Sonradan bu sübutların birgə təhlil edilməsi, təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görüləcək.
Rusiyanın İstintaq Komitəsi, Baş Prokurorluq tərəfindən bu istiqamətdə müvafiq istintaq hərəkətləri aparılır”.
Aləmdə Nəsib