Abşeronda intihar hadisəsi olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsi, Natavan küçəsində baş verib.
52 yaşlı Zülfəli Abas oğlu Əliyev yaşadığı evin həyətindəki yarımtikilidə telefon naqili ilə özünü asıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Araşdırma aparılır.
Qeyd edək ki, Z.Əliyev əvvəllər Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinərək məhkum olunub.