Rusiya ordusu Ukraynaya yenidən Kiyev – ə hava zərbələri endirir və bu dəfə daha çox ballistik raketlərdən istifadə edir. Hücum zamanı, xeyli yaşayış binası dağılıb və bir neçə nəfər yaralanıb.
Bu məlumatı Baku TV-nin Şərqi Avropa bürosunun xüsusi müxbiri, Mübariz Aslanov təqdim edir.
Bildirilir ki, Rusiyanın Ukraynaya axşam saatlarına qədər davam edən hücumu nəticəsində Stari Petrovski qəsəbəsinin yarısı məhv edilib. Kiyevə endirilən zərbələrin hamısı havada ləğv edilib, amma ballistik raketlərin qalıqları evlərin üzərinə düşərək onları dağıdır.
Kiyevin Petrovski inzibati birliyinin rəhbəri, Radion Starinki ərazidə 30-dan çox tikilinin dağıldığını qeyd edir və deyir: “Raket hücumu nəticəsində ilkin məlumatlara görə, 33 evə ziyan dəyib, 3 ev tamamilə məhv olub. Son məlumatlara görə, tibb məntəqəsinə yardım üçün 3 böyük və bir uşaq müraciət etmişdir”.
Əsas məsələ odur ki, son 2 gündür Kiyev vilayətində durmadan hava həyəcan siqnalı verilməkdədir.