“Bu il iqtisadiyyatımızın 3,3 faizi, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 5,2 faizinin böyüyəcəyi proqnozlaşdırılır. Proqnozlarımıza görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 349 ABŞ dolları olacaq”.
Oxu.Az xəbər verir ki, bunu faiz dəhlizinin parametrləri ilə bağlı qərara həsr olunmuş mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
Sədr əlavə edib ki, ötən il Azərbaycanın xarici ticarət balansında 5,5 milyard ABŞ dolları profisit olub.
Məhərrəm Əliyev