“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabrizio Romano şəxsi “Instagram” sosial şəbəkə hesabından məlumat yayıb.
Xəbərdə “Əl-Əhli” klubunun italiyalı mütəxəssisin xidmətində maraqlı olduğu bildirilib.
Alleqrinin mövsümün sonunda kluba baş məşqçi təyin ediləcəyi gözlənilir. Hazırda komandanı almaniyalı Mattias Yassle çalışdırır.
Qeyd edək ki, “Əl-Əhli” çempionatda 15 turdan sonra 23 xalla 5-ci sıradadır.