Amerikalı sahibkar və milyarder İlon Mask İngiltərə ilə Fransanı ayıran La-Manş kanalının adının dəyişdirilməsi ilə bağlı gözlənilməz təklif irəli sürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Mask boğazın Amerika Birləşmiş Ştatlarının ilk prezidentinin şərəfinə Corc Vaşinqton kanalı adlandırılmasını təklif edib.
İlon Mask öz təklifinə foto da əlavə edib.
Qeyd edək ki, bu, coğrafi obyektlərin tarixi şəxsiyyətlərin və ya hadisələrin şərəfinə adının dəyişdirilməsinin ilk halı deyil. Daha əvvəl ABŞ rəsmi olaraq Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirərək, onun ölkənin tarixində və iqtisadiyyatındakı əhəmiyyətini vurğulayıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Meksika rəhbərliyi bu qərarı böyük ruh yüksəkliyi ilə qarşılayıb.