Davos İqtisadi Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf “Total Energies ” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib:
“Yaşıl enerji karbonsuzlaşma, innovativ texnologiyaların tətbiqi, enerji saxlanc sistemləri, icra edilən layihələr və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardıq”.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində #SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə “@TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne (@PPouyanne) ilə görüşdük. #Yaşılenerji, karbonsuzlaşma, innovativ texnologiyaların tətbiqi,… pic.twitter.com/XhxNWLtyyd
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 24, 2025