“Milan”ın baş məşqçisi “Parma” ilə matçdan sonra komandanın vitse-kapitanı ilə mübahisə edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Bombardir” məlumat yayıb.
“Milan”ın baş məşqçisi Serjiu Konseysau İtaliya çempionatının 22-ci turunun “Parma” ilə oyununda (3:2) final fitindən sonra komandanın vitse-kapitanı Davide Kalabriyaya tərəf qaçıb və uca səslə ona nə isə deməyə başlayıb.
Yarımmüdafiəçi Yussuf Fofana və Konseysaunun köməkçiləri məşqçini kənara çəkməyə və 28 yaşlı müdafiəçini sakitləşdirməyə başlayıblar.