“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığında ikitərəfli məsələləri və Avrasiya İqtisadi İttifaqının (Aİİ) gündəliyini müzakirə ediblər”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti xəbər yayıb.
Bildirilir ki, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Həmsöhbətlər Ermənistanın Avrasiya İqtisadi İttifaqına sədrliyi dövründəki nəticələri, Aİİ çərçivəsində qarşıdan gələn tədbirləri, həmçinin İrəvan-Moskva münasibətlərinin ikitərəfli gündəliyinə aid bir sıra məsələləri müzakirə ediblər”, – deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, Paşinyan Putinlə söhbətində Ermənistanın Avropa İttifaqı (Aİ) ilə münasibətləri kontekstində son addımlarla bağlı vəziyyəti də izah edib. Rusiya prezidenti müvafiq şərhlər verib.
Həmçinin, xüsusilə energetika sahəsində inteqrasiya əməkdaşlığı müzakirə olunub, Aİİ çərçivəsində birgə işin praktiki faydası qeyd edilib.