Nəsimi rayonu ərazisində üç şəxsin dələduzluq yolu ilə 41 000 dollar və 5 720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.