Şirvan Milli Parkının direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində ceyranın kəsilmiş başı və 2 patron gilizinin tapıldığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən ceyranı qanunsuz ovlayan Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Əsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.