Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində çəkilən qəribə görüntülər gündəm olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Komsomolskaya pravda.ru” nəşri məlumat verib.
Görüntülərdə qadının çöldə +5 dərəcə temperaturda uşaq arabası ilə nazik buzun üzərində konki sürdüyü kadrlar əks olunub.
Lakin arabanın içində həqiqətən uşağın olub-olmaması məlum deyil. Bununla bağlı şərh bildirən sosial şəbəkə istifadəçiləri orada uşağın olmadığına ümid etdiklərini bildiriblər.
Rusiyadan qəribə görüntülər gündəm oldu: Qadın uşaq arabası ilə nazik buz üzərində konki sürdü