Səkkiz yaşlı Hüseynin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Cəmilə Bədəlova məlumat verib.
O bildirib ki, övladı serebral iflic xəstəliyindən əziyyət çəkir:
“Hüseyn bir yaşına qədər tam sağlam uşaq olub. Bir yaşı olanda yıxılaraq başından ağır xəsarət aldı. Həmin gündən serebral iflic oldu. Onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışsam da, bəzən maddi olaraq bunu qarşılaya bilmirəm. Hüseyn sizin saytın izləyicilərinin dəstəyi ilə artıq iki dəfə İrana gedib, əməliyyat olunub”.
Gənc ana hazırda Hüseynin yenidən İrana müalicə üçün getməli olduğunu deyib:
“Biz artıq sabah İrana getməliyik. Cəmi bir günümüz qalıb. Oradakı müayinələrdən keçib, dərmanlarımızı ala bilmək üçün 1 400 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik”.
Ailə ilə əlaqə: (051) 956-26-34.
“Kapital Bank”: 5239 1517 3239 2801.