ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda soyuq hava şəraiti ilə əlaqədar yanvarın 20-də onun andiçmə mərasimi qapalı məkanda keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən heç kimin bu təhlükəli şəraitdə zədələnməsini istəmirəm”, – Tramp “Truth Social” platformasında yazıb.
Yanvarın 20-də Vaşinqtonda temperaturun -12 dərəcəyə qədər aşağı düşəcəyi proqnozlaşdırılır.
İnauqurasiya mərasimi və parad “Capital One” arenadan canlı yayımlanacaq.