Türkan qəsəbəsinin girişində, mərkəzi yoldan 200 metr aralıda sakinlərin narahatlığına səbəb olan antisanitar vəziyyət aradan qaldırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Türkan qəsəbəsində qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.
Qeyd edək ki, sakinlərin şikayətində bildirilirdi ki, qəsəbədə sıx yaşayışın olduğu ərazidə yaradılan fermadan ətrafa peyin boşaldılır.
Türkan qəsəbəsinin girişindəki peyin yığını təmizləndi
Aygün Mirakif