Türkiyənin Adıyaman şəhərində jandarma qrupları tərəfindən xoruz döyüşdürənlərə qarşı əməliyyat həyata keçirilib.
Bu barədə Oxu.Az “Haber Global”a istinadən xəbər verir.
Bildirilib ki, bununla bağlı polis idarəsinə məlumat daxil olub.
Əməliyyat zamanı 1 sənədsiz tapança aşkarlanıb və 8 şübhəli şəxs saxlanılıb. Şübhəlilər polis idarəsinə aparılıb, müsadirə edilən döyüş xoruzları isə Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinə təhvil verilib.