Türkiyənin Bitlis vilayətində sərnişin avtobusunda saxlanılan 3 iranlı şübhəlinin mədə və bağırsaqlarında narkotik vasitə gəzdirdiyi müəyyən edilib.
Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, şübhəlilərin daxili orqanlarından 91 paketdə 1 kilo 126 qram metamfetamin çıxarılıb.
Hər üç şəxs tibbi əməliyyatdan sonra həbs olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.