“ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu fəaliyyət göstərdiyi binadan köçüb”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, baş konsulluğun fəaliyyəti ilk fürsətdə bərpa olunacaq:
“Buna baxmayaraq, diplomatik fəaliyyətimiz dayandırılmayıb, işlər davam edir”.
Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.
Mərahim Nəsib