“15 aydır davam edən qətliamın dayanması bizim üçün önəmlidir”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, xüsusən də uşaq, qadın, jurnalistlərin, humanitar yardım gətirənlərin fərq qoyulmadan öldürülməsi əsl faciədir:
“Ona görə də atəşkəsin əldə olunması yardımların Qəzzaya çatdırılması, fələstinlilərin evlərinə geri qayıtması, çadırlarda qalanların ehtiyaclarının qarşılanması baxımından mühümdür. Biz də Türkiyə olaraq əlimizdən gələn dəstəyi göstərəcəyik”.
Mərahim Nəsib