İqlim böhranı və biomüxtəlifliyin itməsi şəhərlərin dayanıqlı inkişafı üçün yeni sistem tələb edir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında çıxış edib.
O, Azərbaycanın müxtəlif ekoloji problemlər və iqlim təhlükələri ilə üzləşdiyini vurğulayıb.
"Bir çox şəhərlərdə iqlim dəyişikliyi ekosistemləri yaşayış üçün yararsız hala salıb. Dayanıqlı bina və infrastruktur qurulması vacibdir", - deyə o bildirib.
İstilik dalğaları, daşqınlar kimi təhlükələr ciddi problemlər yaradır. Etibarlı xəbərdarlıq sistemləri insan itkilərini azalda bilər.












