Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, ABŞ Prezidenti Donald Trampla şəxsi münasibətinin Braziliyaya Amerika investisiyalarını cəlb etməyə, daha çox tarif və sanksiyaların qarşısını almağa və Braziliya demokratiyasına hörməti təmin etməyə kömək edə biləcəyini bildirib.
“Tramp bilir ki, mən İranla müharibəyə qarşıyam, onun Venesuelaya müdaxiləsi ilə razılaşmıram və Fələstində baş verən soyqırımı pisləyirəm”, - Lula “Washington Post”a verdiyi müsahibədə deyib.
“Lakin Trampla siyasi fikir ayrılıqlarım onunla dövlət başçısı kimi münasibətimə mane olmur. Mən istəyirəm ki, o, Braziliyaya hörmətlə yanaşsın və mənim burada demokratik yolla seçilmiş prezident olduğumu başa düşsün.”












