WUF13 çərçivəsində Azərbaycana gələn xarici qonaqların diqqətini çəkən əsas mövzulardan biri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləridir. İşğal dövründə erməni vandalizmi nəticəsində dağıdılan infrastruktur sürətlə bərpa edilir.
Bu barədə Oxu.Az-a açıqlamasında Qarabağ və Şərqi Zəngəzur üzrə turizm bələdçisi, "SİMA" İctimai Birliyinin layihə meneceri Samir Abdullayev bildirib. O qeyd edib ki, yeni yaşayış məntəqələrinin salınması, binaların tikintisi və əhalinin köçü xarici qonaqları cəlb edir.
"Son olaraq Türkiyədən gələn rəsmilərlə Qarabağa səfər etdik. Onlar da görülən işlərlə tanış oldular", - deyə o əlavə edib. Ən maraqlısı odur ki, xaricdən dəvət olunan memarlar binaları və abidələri əvvəlki üslubda bərpa edir. Həmçinin Qarabağda "ağıllı kənd" konsepsiyası tətbiq olunur.












