Baku TV-nin "Kəndinə qayıt" verilişi Oğuz rayonunun Xalxal kəndinə səfər edib.
Rayon mərkəzindən 15 km aralıda, Baş Qafqaz dağlarının ətəyində yerləşən kənd qədim tarixi ilə seçilir.
Kənd sakini Nəbi Əhmədov deyir: "Torpaq qazdıqca alban qəbirləri çıxır. Onları babam da görməyib".
Tovuzdan gəlin gələn Zərniyar Nəsibova isə ailə hekayəsini bölüşüb: "Atamdan çəkindiyim üçün uzun müddət evlənməyə razı olmadım".












