Bond.az White LogoBond.az Black Logo

Turşu pilinqi: Gözəllik riskə dəyərmi?

Turşu pilinqinin fəsadları haqqında məlumat: həddindən artıq istifadə dəriyə zərər verə bilər. Mütəxəssis tövsiyələri.

Günel Kərimova
Müəllif:Günel Kərimova- Senior Editor
|
0

Dərini turşu pilinqlə vasitəsilə daha hamar etmək istəyi, əgər prosedur həddindən artıq tez-tez tətbiq olunarsa və ya günəşdən qorunma qaydalarına əməl edilməzsə, ciddi fəsadlarla nəticələnə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Abzats" nəşri həkim-dermatoloq və kosmetoloq Vasilina Mironovanın açıqlamasına istinadən məlumat yayıb. Mütəxəssis bildirib ki, pilinqlərin düzgün aparılmaması dəridə təhlükəli dəyişikliklərin yaranması riskini artıra bilər.

"Hüceyrələrin xroniki zədələnməsi həddindən artıq pilinq nəticəsində yaranan çoxsaylı aqressiv travmalarla əlaqədardır. Bu isə hüceyrələrdə daimi iltihab və stres yaradır, regenerasiya prosesini pozur", - deyə V.Mironova izah edib.

Mütəxəssisin sözlərinə görə, həddindən artıq dərin və ya düzgün aparılmayan pilinq kimyəvi yanıqlara, qızartıya, yanğı hissinə və şişkinliyə səbəb ola bilər. Bundan əlavə, prosedur qalıcı piqmentasiya və çapıqların yaranması ilə nəticələnə bilər. O qeyd edib ki, pilinqlərdən həddindən artıq istifadə birbaşa xərçəng yaratmasa da, onun inkişaf riskini artıra bilər.

Ekspert vurğulayıb ki, turşu pilinqi yalnız ixtisaslı həkim-kosmetoloq tərəfindən həyata keçirilməlidir. Fəsad riskini minimuma endirmək üçün prosedurdan əvvəl mütəxəssislə məsləhətləşmək, sonrasında isə dəriyə qulluqla bağlı tövsiyələrə əməl etmək və mütləq günəşdən qoruyucu vasitələrdən istifadə etmək vacibdir.

Digər Xəbərlər
2026-07-05 20:03
|
540

150 illik bəy evi niyə tərk edilib?

Oğuz rayonunun Xalxal kəndində 150 illik bəy evi və qədim qəbirlər. Baku TV-nin reportajı.

0
2026-07-05 00:32
|
631

UV filtrsiz eynəklər təhlükəlidir

Oftalmoloq Darya Orlova UV filtrsiz gün eynəklərinin göz sağlamlığı üçün təhlükəsini açıqlayır.

0
2026-07-03 23:00
|
307

Kondisioner neçə dərəcəyə qoyulmalı?

Yayda kondisioner istifadəsi: neçə dərəcəyə qoymaq lazımdır? Kəskin temperatur fərqinin təhlükələri və düzgün istifadə qaydaları.

0
2026-07-01 00:02
|
578

11 sentyabr qocalmanı sürətləndirir

11 sentyabr terrorundan sonra xilasedicilərdə travma sonrası stress pozuntusunun bioloji qocalmanı sürətləndirdiyi aşkar edildi.

0
2026-06-30 00:30
|
518

Ağcaqanadları cəlb edən əlamətlər

Ağcaqanadları cəlb edən əlamətlər haqqında mütəxəssis açıqlaması: istilik, qoxu, tünd rəngli geyim və spirt.

0
2026-06-30 00:02
|
945

Beyincik qocalıqda zehni necə qoruyur?

Yaşlılıqda zehni aydınlığı qorumağın sirri beyincikdə ola bilər. Yeni araşdırma beyinciyin qocalma prosesindəki rolunu açıqlayır.

0
2026-06-29 05:02
|
551

Günəşdə 2026-cı ilin ən böyük ləkələr qrupu

Günəşdə 4478 saylı ləkələr qrupu 2026-cı ilin ən böyüyü olaraq qeydə alınıb. Sahəsi 1200 vahid olan qrupun fəaliyyəti barədə məlumat.

0
2026-06-29 02:01
|
851

Fumiqator təhlükəsi: gecə boyu işlətmək zərərlidir

Rusiyalı alim fumiqatorların gecə boyu işlək saxlanmasının sağlamlıq üçün təhlükələrini açıqlayıb.

0
2026-06-29 01:01
|
213

Niyə yadplanetlilərin siqnalları tutulmur?

SETI alimləri izah edir: yadplanetlilərin siqnalları ulduz küləkləri və alışmalar səbəbindən təhrif olunur, buna görə də onları tuta bilmirik.

0
2026-06-28 02:30
|
500

Gündəlik Stressin Gizli Səbəbi Açıqlandı

Psixoloq iş yazışmalarının daimi əlçatanlığının emosional tükənməyə səbəb olduğunu açıqlayıb. Stressdən qurtulmağın yollarını öyrənin.

0
2026-06-27 03:31
|
419

Kimlər təyyarə ilə uçmamalıdır?

Təyyarə ilə uçuşun əks göstərişləri: ürək xəstəlikləri, ağciyər problemləri, hamiləlik və daha çox. Mütəxəssis tövsiyələri Bond.az-da.

0
2026-06-26 03:01
|
947

5 sağlam içki: uzunömürlülük üçün

Diyetoloq Keytlin Bil uzunömürlülük üçün beş faydalı içki tövsiyə edir: yaşıl çay, qəhvə, qara çay, su və qatıq.

0
...