Rusiya ordusu SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsinə dronla hücum edib.
İyulun 5-i axşam Nikolayev vilayətindəki SOCAR YDM-si "Şahed" tipli PUA-larla vurulub. Partlayış baş verib, inzibati bina zədələnib.
"SOCAR Energy Ukraine" təsdiqləyib: üç dron Neçayane kəndindəki məntəqəni hədəf alıb. Təhlükəsizlik tədbirləri sayəsində xəsarət alan yoxdur.
Rusiya son günlər Ukraynada YDM-lərə kütləvi hücumlar edir. Ötən yay Jitomir yaxınlığında SOCAR-ın iki YDM-si zədələnmişdi. Avqustda Odessadakı neft bazasına hücumda yanğın olmuş, dörd nəfər yaralanmışdı.












