Bond.az White LogoBond.az Black Logo

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

Tural Məlikov
Müəllif:Tural Məlikov- Senior Editor
|
0

Azərbaycanda su infrastrukturunun müasirləşdirilməsi və rəqəmsal idarəetməyə keçid istiqamətində mühüm mərhələ başlayır. Su itkilərinin minimuma endirilməsi, qəzalara operativ müdaxilənin təmin edilməsi və istehlakın daha dəqiq uçotunun aparılması məqsədilə istismar müddətini başa vurmuş mövcud sayğaclar uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunacaq.

Bu innovativ addım ölkənin su təchizatı zəncirinin mənbədən son istehlakçıya qədər tam avtomatlaşdırılmasını hədəfləyən genişmiqyaslı layihələrin əsas tərkib hissəsidir.

“Su infrastrukturu üzrə icra etdiyimiz layihələrin hamısında SCADA həllərinin tətbiqi nəzərdə tutulur”, - deyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib. O qeyd edib ki, bu prosesin son mərhələlərindən biri də sayğac sistemlərinin tam elektronlaşdırılmasıdır: “Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb. Biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik”.

İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyevin sözlərinə görə, uzaqdan oxunan sayğaclara keçid rəqəmsallaşma baxımından zəruri və zamanında atılmış addımdır: “Yeni sistemin əsas məqsədi su mənbəyindən son istehlakçıya qədər olan idarəetmə zəncirini tam avtomatlaşdırmaqdır. Burada hədəf sadəcə köhnə sayğacları yeniləmək deyil, əsas vəzifə su itkilərini azaltmaq, göstəriciləri dəqiq toplamaq, şəbəkədəki təzyiqi idarə etmək və qəzalara daha operativ reaksiya verməkdir”.

B.Əliyevin fikrincə, yeni sayğacların əsas üstünlükləri göstəricilərin mərkəzə avtomatik ötürülməsi, insan xətalarının minimallaşdırılması, borc və istehlak məlumatlarının dəqiq hesablanması, sızma və qeyri-adi sərfiyyatın dərhal aşkarlanması və abonentin öz istehlakını onlayn şəkildə izləyə bilməsidir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da düşünür ki, yeni tətbiq olunacaq su sayğacları müasir beynəlxalq standartlara cavab verən, kənar şəxslərin qanunsuz müdaxilələrini tamamilə məhdudlaşdıran, habelə uzaqdan ölçmə və rəqəmsal nəzarət imkanlarına malik innovativ vasitədir.

O bildirdi ki, rəqəmsal sayğacların kütləvi tətbiqi indiyədək bu sahədə yığılıb qalmış, illərlə həllini gözləyən problemlərin tədricən azalmasına və bütövlükdə aradan qalxmasına xidmət edəcək. Avtomatlaşdırılmış idarəetmə sayəsində sözügedən sistem həm də infrastruktur qəzalarının sayının kəskin şəkildə azalmasına da öz birbaşa müsbət təsirini göstərəcək.

Digər Xəbərlər
Bu gün / 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
Bu gün / 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
Bu gün / 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
Bu gün / 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
Bu gün / 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
Bu gün / 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
Bu gün / 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
Bu gün / 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
Bu gün / 10:05
|
245

40 mindən çox abituriyent imtahan verib

DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib, 41 622 abituriyent iştirak edib. Nəticələr iki həftə sonra açıqlanacaq.

0
Bu gün / 09:01
|
504

Hava proqnozu: iyulun 6-sı

İyulun 6-da Azərbaycanda hava proqnozu: Bakıda yağmursuz, rayonlarda arabir yağış. Temperatur 29-35°.

0
Bu gün / 09:00
|
206

Zərdabda su arxında meyit tapıldı

Zərdabın Təzəkənd kəndində su arxında 60 yaşlı kişinin meyiti tapılıb. Fakt araşdırılır.

0
Bu gün / 08:00
|
681

Qubada ağır qəza: 3 yaralı

Qubanın Rustov kəndində VAZ-2107 ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər yaralanıb. İki nəfərin vəziyyəti ağırdır.

0
...