ABŞ paytaxtı Vaşinqtonda hava çirklənməsi kritik həddə çatıb. Anomal isti hava və Müstəqillik Günü atəşfəşanlığı səbəbindən 'qırmızı kod' elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə 'RİA Novosti' məlumat yayıb. 40 dəqiqəlik atəşfəşanlıqdan sonra şəhər mərkəzi qalın tüstü altında qalıb.
Yerli xidmətlər bildirib: 'Qırmızı hava keyfiyyəti kodu. Açıq hava yaşlılar, uşaqlar və xroniki xəstələr üçün təhlükəlidir.'
Hakimiyyət sakinlərə açıq havada vaxtı minimuma endirməyi tövsiyə edib. Son günlər Vaşinqtonda rekord temperatur qeydə alınıb: 40 dərəcə – 1898-ci ildən bəri ən yüksək göstərici.
Bayram tədbirlərinin təşkilatçıları 'tarixin ən möhtəşəm atəşfəşanlığı'nı planlaşdırmışdı. 10 müxtəlif meydançada 850 min atəş açılıb.











