Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında dünyasını dəyişib. O, həm də Sankt-Peterburq Yazıçılar İttifaqının üzvü idi.
Oxu.Az-ın məlumatına görə, onun ölüm xəbərini Mədəniyyət Komitəsi yayıb. Ailəsinə və yaxınlarına başsağlığı verilib.
İrada Berq Tofiq qızı (Vovnenko) kimi tanınırdı. Onun yaradıcılığı bir çox insanın qəlbində yaşayacaq.
Ölüm səbəbi və vida mərasimi hələ açıqlanmayıb.
İrada Berq 5 yanvar 1973-cü ildə Sankt-Peterburqda memar Tofiq Həsənovun ailəsində anadan olub. Atası uşaq evində böyüyüb, Bakı Politexnik İnstitutunu bitirib.
2003-cü ildən "Tsarskoye Selo" muzey-qoruğunda işləyib, "Yantar otağı"nın bərpasında iştirak edib. Uşaq balları təşkil edib.
2006-cı ildə "Sehrli kaleydoskop" adlı uşaq kitabını nəşr etdirib. 2013-cü ildən İsaak kilsəsi muzey-kompleksinə rəhbərlik edib.












