Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyənlər üçün vacib dəyişiklik edilib. Tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırılıb.
Bu qərar TƏBİB tərəfindən təsdiqlənib. Daha əvvəl 30 gün olan müddət vətəndaşların təkrar tibbi müayinələrə məcbur qalmasına səbəb olurdu.
Yeni qaydaya əsasən, sürücülük imtahanlarında iştirak üçün tələb olunan arayış artıq iki ay ərzində etibarlı sayılacaq. Bu, vaxt və xərc itkisini azaldacaq.
Dəyişiklik ictimai qınaq nəticəsində qəbul edilib və artıq qüvvəyə minib.












