Aviauçuşlar bəzi xəstəlikləri ağırlaşdıra bilər. Təzyiq dəyişikliyi, oksigen azalması və hərəkətsizlik risk yaradır.
Rusiyalı terapevt Şota Kalandiya RT-yə müsahibəsində bildirib ki, kəskin ürək-damar xəstəlikləri uçuş üçün əsas əks göstərişdir. İnfarkt və ya insult keçirənlər 4-6 həftə uçmamalıdır.
Xroniki ağciyər xəstəliyi, ağır astma və tromboza meyilli şəxslər də risk qrupundadır. Uzun müddət hərəkətsiz oturmaq qan dövranını ləngidir və tromb riskini artırır.
Əməliyyat sonrası, infeksiyalar zamanı və LOR xəstəliklərinin kəskinləşməsi dövründə də uçuşdan çəkinmək tövsiyə olunur. Ağır hamiləlik də istisna deyil.
Həkim uçuş zamanı saatda bir dəfə ayağa qalxmağı, kompressiya corabı geyməyi və vacib dərmanları əl baqajında saxlamağı məsləhət görür.












