4478 saylı günəş ləkələri qrupu 2026-cı ilin ən böyük qrupu olaraq qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası bildirib ki, bu qrupun sahəsi təxminən 1200 vahid təşkil edir.
Əvvəlki rekord 4366 saylı qrupa məxsus idi. Həmin qrup 1100 vahid sahəyə malik olmuş və X8.1 gücündə partlayış törətmişdi.
Laboratoriyadan əlavə edilib ki, hazırda bu sahədə aktivlik müşahidə olunmur, ancaq zəif plazma buludları atılır ki, onlardan biri 30 iyun, digəri isə 1 iyulda Yerə çatacaq.











