Diyetoloq Keytlin Bil uzunömürlülüyə kömək edən beş faydalı içki açıqlayıb.
Mütəxəssis "Health" jurnalına verdiyi müsahibədə yaşıl çayı ilk tövsiyə edib. Gündə iki fincan yaşıl çay ürək-damar və xərçəng riskini azaldır.
Qəhvə də siyahıdadır. Tərkibindəki polifenollar hüceyrələri qoruyur.
Qara çayın unikal birləşmələri var. Su isə orqanizmin sağlamlığını dəstəkləyir.
Son olaraq, qatıq bağırsaq sağlamlığı üçün vacibdir.












