Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də Türkmənistana işgüzar səfərə yollanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Baş nazir MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək. Aşqabad Beynəlxalq Aeroportunda onu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov qarşılayıb.












