Böyük Britaniya Kralı III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda Kral və həyat yoldaşı Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.
O, iki ölkə arasında dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Kral III Çarlz iqlim dəyişikliyi kimi qlobal problemlərin birgə həllinə ümidvar olduğunu bildirib.












