Zimbabve Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda iyulun 5-də Azərbaycana rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında onu Milli Məclisin işçi qrupunun rəhbəri Mahir Süleymanlı qarşılayıb.
Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı müzakirə olunacaq.












