Rusiyadan Ermənistana buğda daşıyan qatar Azərbaycandan tranzit keçib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşən 14 vaqonlu qatarın çəkisi 976 tondur. Yük Böyük Kəsik stansiyası istiqamətinə göndərilib.
Qatar Gürcüstandan keçərək Ermənistana çatacaq. İndiyədək bu marşrutla 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.
Bundan başqa, Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın benzin ixrac olunub.












