Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen sosial media hesabında Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşıb.
O, "Instagram" səhifəsindəki paylaşımda qeyd edib: "Sülh... ölkələr və insanlar arasında körpülər qurmaqla. Həm fiziki, həm də məcazi mənada! Mən Cənubi Qafqaz üçün 200 milyon avroluq 'Bağlantılar vasitəsilə sülh' Proqramını elan etdim. Məqsəd sülhün, əlaqəliliyin və rifahın hökm sürdüyü bir regionun formalaşdırılmasıdır."












