"Haber Global" Türkiyə kanalı, Prezident İlham Əliyevin Türküstandakı çıxışını geniş işıqlandırıb.
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə iştirak edib.
Reportajda liderimizin Şuşa ilə Türküstanın qardaşlaşmasına dair vurğusu önə çəkilib: "Türküstan işğaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə qardaşlaşan ilk şəhər olub".
İlham Əliyev, rəqəmsal inkişaf və süni intellektin əhəmiyyətindən bəhs edərək, türk dövlətlərinin bu sahədə öncül olması lazım olduğunu bildirib.
O, Orta Dəhliz və Zəngəzur dəhlizinin strateji roluna toxunub: "Zəngəzur dəhlizi Orta Dəhlizin əsas komponentlərindən birinə çevriləcək".
Prezident, türk dünyasının XXI əsrdə nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olması üçün səylərini artıracağını vurğulayıb.












