Prezident İlham Əliyev və Türk Dövlətləri Təşkilatının liderləri mayın 15-də Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasiminə qatılıblar.
Dövlət başçılarına layihə haqqında ətraflı məlumat verilib. Mərkəz türk xalqlarının tarixi, mədəni və mənəvi irsini qoruyub saxlamaq, öyrənmək və təbliğ etmək məqsədi daşıyır.
Qabaqcıl standartlarla inşa ediləcək mərkəz türk sivilizasiyasının dünya tarixindəki yerini nümayiş etdirəcək. Daha sonra "GovTech" rəqəmsal həllərin təqdimatı keçirilib.












