ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) bir amerikalının Ebola testinin müsbət çıxdığını təsdiqləyib. Bu şəxs Konqo Demokratik Respublikasında çalışıb.
CDC, dövlət departamenti ilə birlikdə həmin amerikalını müalicə üçün Almaniyaya köçürməyə hazırlaşır. CDC-nin Ebola üzrə cavabdeh meneceri Dr. Satish Pillai bildirib ki, ABŞ üçün risk aşağı olaraq qalır.












