Bond.az White LogoBond.az Black Logo

Tağıyev qızları məktəbə çağırırdı, Xalq yazıçısı isə mətbəxə

Xalq yazıçısı Kamal Abdullanın qadınların evdə qalması ilə bağlı açıqlaması Tağıyevin qız məktəbi ilə müqayisə edilir.

Fidan Bağırova
Müəllif:Fidan Bağırova- Senior Editor
|
0

Kubra Məhərrəmova yazır...

Yəqin tanıyırsınız, bir ahıl Xalq yazıçısı var, vaxtaşırı açıqlamaları ilə gündəmə adını yazır. Söhbət ömrünün üçdəbirini rektor vəzifəsində keçirən Kamal Abdulladan gedir. 14 il Bakı Slavyan Universitetinin rektoru olub, 2017-ci ildən isə Azərbaycan Dillər Universitetinə rektorluq edir. Onilliklər ərzində Azərbaycanın təhsil sistemində iştirakı olub. Pis və ya yaxşı, bunu tələbələr, onunla çalışan kollektiv daha yaxşı bilir təbii ki.

Üstəlik də, Kamal müəllim Xalq yazıçısıdır. Xeyli sayda bədii əsərlərin və 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Bir sözlə, məhsuldar fəaliyyətə malik olub, indi də malikdir.

Onu da qeyd edim ki, Kamal Abdulla "2018-2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda qalib olub.

Adım kimi əminəm ki, sorğu tam şəffaf şəraitdə keçirilib.

Bu qədər külliyyata malik qələm əhli, ziyalı, savadlı-bilikli Xalq yazıçısı bu günlərdə müsahibəsində bildirib ki, "Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər".

Onda belə çıxır ki, ömrünün xeyli hissəsini ali məktəblərdə yüksək vəzifədə keçirən Kamal müəllim üçün qızların təhsil alması formal, ya da riyakar xarakter daşıyıb.

Ödənişli əsaslarla təhsil alan qız tələbələr onun üçün yalnız kassanı doldurmaq üçün lazım olub.

Əgər müəllim həqiqətən öz fikrinə sadiqdirsə, o zaman təklif edərdi ki, aşağı bal yığan qızlar ali məktəblərə qəbul olunmasınlar. Onların ödənişi də bizə lazım deyil. Elə həmin aşağı savadlı qızların imtahanları zərf və ya pulla həll olunmasın. Onların heç nəyi bizə lazım deyil.

İndi deyəcəksiniz ki, ali məktəblərdə imtahanların pulla yazılması barədə sübutun varmı? Təbii ki, yoxdur. Amma bu dəniz suyunun duzlu olması kimi bir şeydir. Hamı bilir ki, dənizin duzlu olduğunu anlamaq üçün bütün suyu içməyə ehtiyac yoxdur. Əlqərəz, Kamal müəllim bir ömür qız tələbələrin hesabına karyera qurub, yeyib-içib, vəzifədə olub. İndi də deyir ki, "qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır".

Müsahibədə diqqətimi çəkən daha bir məqam oldu. Bu fikirlər təkcə qadının cəmiyyətdəki roluna münasibəti deyil, ümumiyyətlə universitet və tələbə münasibətlərinə baxışı da ortaya qoyur. Rektor əlavə edib ki, "mən universitetin dəhlizinə çıxanda heç kimə demirəm ki, tələbələri həmin ərazidən uzaqlaşdırın" və bunu əlahiddə, xüsusi tolerantlıq nümunəsi kimi qələmə verir. Halbuki tələbə universitetin əsas subyektidir və onun həmin məkanda olması kiminsə lütfü kimi təqdim edilməməlidir. Bu yanaşma universitet idarəçiliyinə hələ də köhnə iyerarxik münasibətin qalmasından xəbər verir.

Yəqin cənab rektor düşünür ki, təhkimçilik hüququ hələ də qüvvədədir. Rektor xan, tələbələr isə rəiyyətdir. Amma rektor Kamal Abdulla ürəyinin genişliyindən və fövqəladə xeyirxahlığından çıxış edərək rəiyyətlə xoş davranır.

Nə yaxşı ki, bu gün gənclərimiz xaricdə təhsilə üz tutur. Nə yaxşı ki, qızlı-oğlanlı dünyanı tanımağa, keyfiyyətli təhsil almağa yönəlir. Nə yaxşı ki, yeni nəsil köhnə nəsli üstələyir.

Bu məqamı mütləq qeyd etməliyəm ki, Kamal müəllim 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 76 yaşlı ziyalımızdan qızlarımızı daha çox təhsilə və ölkəmizin inkişafına töhfə verməyə həvəsləndirən bir çıxış gözləyirdim. Anasını nümunə çəksin ki, hələ o zamanlardan artıq Azərbaycan qadını həkim olub. Çətin şəraitdə savad alıb və s.

Görünür bəzən müdriklik yaşla gəlmir. Ya da heç gəlmir.

Amma yazıb-oxumağı bacarmayan, 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifi olmayan Hacı Zeynalabdin Tağıyev, dövrünün ən çətin şərtləri altında müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi açdı. Azərbaycanlı - müsəlman qızlarını savada - biliyə təşviq etdi.

Yeri gəlmişkən, Azərbaycanda dörd hissədən ibarət "Tağıyev" filmi çəkilib. Filmin baş prodüseri isə Azərbaycan qadını Arzu Əliyevadır.

Savadlı - bilikli, Azərbaycan tarixinin ən ziddiyyətli, bir o qədər məşhur və sevilən siması olan Tağıyev irsini əbədiləşdirdi. Tağıyevin hekayəsini dünyaya çatdırdı.

Bir əsr əvvəl Tağıyev qızların məktəbə getməsi uğrunda mübarizə aparırdı. Bu gün isə bəzi ziyalılarımız qadının yerini yenidən evlə məhdudlaşdırmağa çalışır. Təəssüf doğuran da məhz budur.

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...