Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rəşadət Piriyev dəfn edilib.
“Report”a istinadən Oxu.Az xəbər verir ki, vida mərasimindən sonra onun nəşi Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
R.Piriyev 1 oktyabr 1973-cü ildə anadan olub. 1994-cü ilin fevralında Kəlbəcərin Qızıl Qaya istiqamətində döyüşdə itkin düşüb.












