Bond.az White LogoBond.az Black Logo

WUF13-ün üçüncü günü yekunlaşdı

WUF13-ün üçüncü gününə yekun vurulub. 160-dan çox tədbir keçirilib, yüksəksəviyyəli dialoqlar və xüsusi sessiyalar baş tutub.

Fidan Bağırova
Müəllif:Fidan Bağırova- Senior Editor
|
0

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) üçüncü günü yekunlaşıb.

Bu gün müxtəlif mövzularda müzakirələr aparılıb, problemlərlə bağlı həll yolları təklif olunub. Gün ərzində ümumilikdə 160-dan çox tədbir keçirilib.

Forum çərçivəsində "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiya baş tutub. Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviş Şahbazov, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış ediblər.

Bundan başqa, "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoq baş tutub. Rəsmilər Xəzər dənizi ilə bağlı problemləri səsləndirib, eyni zamanda həll yolları təklif olunub.

Tədbir çərçivəsində keçirilən konfranslardan biri də "Münaqişə və həssas şəraitdə şəhər həlləri vasitəsilə sülhyönümlü iqlim fəaliyyəti" mövzusunda olub. Forum öz işinə sabah da davam edəcək.

Ümumilikdə gün ərzində müxtəlif mövzularda təlim, konfrans və xüsusi sessiyalar baş tutub. WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.

Digər Xəbərlər
Bu gün / 15:16
|
934

Naxçıvan tələbələri üçün magistratura imtahanı imkanı

Naxçıvanda magistratura imtahanı verən tələbələr iyunun 14-də Bakıda yenidən imtahan verə bilərlər. Qeydiyyat mayın 23-dək davam edir.

0
Bu gün / 14:46
|
744

Mehman Mehdiyev ASCO-dan ayrıldı

Mehman Mehdiyev ASCO-dan ayrılaraq Dövlət Statistika Komitəsinə keçib. Təxminən 10 il Xəzər Dəniz Gəmiçiliyində çalışıb.

0
Bu gün / 14:34
|
492

Kəlbəcərdə 10-dan çox SES istifadəyə verildi

Kəlbəcərdə 10-dan çox su elektrik stansiyası istifadəyə verilib. Enerji təminatı və İstisu zavodu barədə ətraflı məlumat.

0
Bu gün / 14:33
|
329

PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyun qəbul cədvəli

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı il iyun ayı üçün qəbul cədvəli açıqlanıb. Bütün qəbul günləri və şəxslər burada.

0
Bu gün / 14:32
|
543

Kəlbəcərdə biznes hotel kompleksi tikilir

Kəlbəcər rayonunda 34 hektar ərazidə biznes hotel və istirahət kompleksi tikilir. 145 otaqlı hotel, restoran, hovuzlar və digər obyektlər özəl investisiyalarla inşa ediləcək.

0
Bu gün / 13:48
|
508

Məsim Məmmədov: Azərbaycan davamlı inkişaf edir

Məsim Məmmədov BMT Forumunda Azərbaycanın davamlı inkişafı və post-münaqişə yenidənqurmasından danışdı.

0
Bu gün / 13:34
|
296

Rusiya: WUF13 gənclər üçün vacib platformadır

Rusiya nümayəndəsi Nikita Tsukin WUF13-ün gənclər arasında qarşılıqlı əlaqə üçün vacib platforma olduğunu bildirib. Forumda Azərbaycanla əməkdaşlıq müzakirə edilib.

0
Bu gün / 13:19
|
852

Ukrayna şəhər bərpası icra mərhələsində

UNECE rəhbəri Tamara Fortes Ukrayna şəhərlərinin bərpasının konsepsiyadan icraya keçdiyini bildirib. Xarkov və Nikolayevdə layihələr davam edir.

0
Bu gün / 13:15
|
803

FHN Xaçmazda yanğın təlimi keçirdi

FHN Xaçmazda yanğın təlimi keçirib, nöqsanlar aşkarlanıb. Yanğın təhlükəsizliyi ilə bağlı detallar.

0
Bu gün / 13:07
|
849

Yağıntılar intensiv və güclüdür - Faktiki hava

Mayın 21-i saat 16:30-a faktiki hava: ölkənin bəzi yerlərində yağıntılar intensiv və güclüdür, dolu düşüb.

0
Bu gün / 12:46
|
812

Bakı-Tbilisi qatarı mayın 26-da yola düşür

Bakı-Tbilisi qatarı mayın 26-da fəaliyyətə başlayır. Müasir vaqonlar, komfortlu səyahət, duş və televizor. Biletlər artıq satışdadır.

0
Bu gün / 12:15
|
773

Bakı-Tbilisi-Bakı qatar qiymətləri açıqlandı

Bakı-Tbilisi-Bakı qatar reysində siniflər üzrə qiymətlər: Comfort, Comfort+, Lux. Müasir yataq tipli vaqonlarla səyahət edin.

0
...
WUF13-ün üçüncü günü yekunlaşdı | Bond.az