Bakı, Abşeron və Sumqayıtda əlverişsiz hava şəraitinə görə magistraturaya qəbul imtahanının ikinci cəhdi iyunun 14-də keçiriləcək.
Mayın 23-dək qeydiyyatdan keçən bakalavrlar bu imtahanda iştirak edə bilər.
Bəs Naxçıvanda imtahan verən tələbələr yenidən iştirak edə biləcəklərmi?
Dövlət İmtahan Mərkəzi bildirib ki, Naxçıvanda iki dəfə (fevralın 15-i və mayın 17-si) imtahan keçirilib. İyunun 14-dəki imtahanda bütün bakalavrlar iştirak edə bilər, lakin bu məcburi deyil.
Naxçıvanda imtahan verənlər istəsələr Bakıda yenidən imtahan verə bilərlər.












