Mayın 17-də ABŞ-nin Aydaho ştatındakı Mauntin-Houm Hərbi Hava Qüvvələri bazası yaxınlığında toqquşan qırıcıların heyət üzvlərinin vəziyyəti stabil olaraq qalır.
Oxu.Az xəbər verir ki, bu barədə baza özünün "Facebook" səhifəsində məlumat yayıb.
Hadisənin başvermə səbəbləri barədə hələlik heç bir məlumat verilmir.
Bundan əvvəl bazada təşkil olunan aviaşou zamanı havada "F/A-18F" qırıcı-bombardmançı təyyarələrinin modifikasiyası olan iki "EA-18G" təyyarəsinin toqquşduğu bildirilmişdi. Hər iki təyyarənin dörd ekipaj üzvü katapult edərək xilas ola bilib.
"Idaho Statesman" nəşrinin məlumatına görə, 2018-ci ildə keçirilən tədbirdə bir deltaplançının həlak olmasından sonra sözügedən aviaşou son səkkiz ildə ilk dəfə təşkil edilirdi.












