Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana rəsmi səfərə gəlib. O, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, Ərdoğanın təyyarəsi Astana hava limanına enərkən onu Qazaxıstan hərbi təyyarələri müşayiət edib.
Qarşılama mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iştirak edib. Uşaqlar və hərbi orkestr də mərasimə qatılıb. Səmada Türkiyə və Qazaxıstan bayraqlarını daşıyan helikopterlər uçub.
Zirvə toplantısı mayın 15-də Türküstan şəhərində "Süni intellekt və rəqəmsal inkişaf" mövzusunda keçiriləcək. Mayın 14-də rəsmi görüşlər başlayacaq.












